Müğənni-aktyor Özcan Denizin atası uzun müddətdir xərçəngdən əziyyət çəkirdi.

Unikal.org türkiyə KİV-ə istinadən xəbər verir ki, ağciyər və bağırsaq xərçəngi olan Sadık Deniz dünən gecə dünyasını dəyişib.

Bir ildir müalicə alan mərhumu həkimlər xilas edə bilməyiblər.