Xəbər verdiyimiz kimi, 2016-cı ilin 15 iyulunda FETÖ terror təşkilatının Türkiyədə hərbi çevrilişə cəhd etdiyi gecədən 2 il ötür.

Unikal.org xəbər verir ki, prezident Külliyəsində 15 İyul şəhidlərini anma proqramı təşkil edilib. Burada bir Hədis-i Şerif mərasimi keçirilib.

Millət Məscidində təşkil edilən mərasimdə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 15 İyul şəhidlərinin xatirəsinə Quran oxuyub.