Abşeron rayonunda ticarət mərkəzində yanğın başlayıb.

Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, yanğın rayon ərazisindəki "Riyad" Ticarət Mərkəzindəki mebel dükanının anbarında başlanıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb.

***
15:52

İyulun 15-də günorta saatlarında Abşeron rayonu ərazisindəki "Riyad ticarət mərkəzində yanğın baş verib. Yanğının ticarət mərkəzindəki mebel dükanının anbarından başladığı bildirilir.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri dərhal hadisə yerinə cəlb edilib. Alovun yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.