19 Oktyabr 2018
18 Oktyabr 2018
Bakıda avtobus sürücüləri "avtoşluq" etdilər - VİDEO
CƏMİYYƏT 00:02 / 16.07.2018

Sərnişin avtobusu magistral yolda yüksək sürətlə hərəkət edir. Saatda 120 ilə gedən avtomobil qarşıdakı sərnişin avtobusuna çata bilmir. Milli.Az bildirir ki, görüntülər Aeroport yolunda lentə alınıb.

Unikal.org xəbər verir ki, videonu çəkən sürücü iddia edir ki, Koroğlu Mübadilə Mərkəzindən Bakı kəndlərinə işləyən 136 və 171 nömrəli avtobuslar yolda bir birləri ilə ötüşür.

Görüntülərdən aydın görünür ki, avtobus sürücülərinin ikisi də bir müddət hərəkəti sol zolaqda davam etdirillər.

Sərnişinlər deyir ki, sözügedən avtobuslarda sürət həddinin aşılması artıq adi hala çevrilib.

Qaydalara görə, avtobusların sürəti 90 km/saatdan çox ola bilməz.Minik avtomobilləri üçün isə bu sürət həddi 110 kilometr saat müəyyənləşib.

Ekspertlər bununla bağlı xəbərdarlıq edir. Çünki belə sürücülər sərnişinlərin də həyatını təhlükəyə atır. Əgər avtobusun qarşısına qəfil hər hansı maneə çıxarsa belə bir vəziyyətdə ağır faciənin baş verməsi qaçınılmazdır.

Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirdilər ki,sözügedən video ilə bağlı məlumat nəzarətə götürülüb və araşdırılır.Qurumdan onu da bildirdilər ki,videoda iddia edildiyi kimi sərnişin avtobusları yüksək sürətlə idarə edilməyib. Belə bir hal aşkarlananda agentlik tədbir görülməsi üçün zəruri addımlar atır./xezerxeber.az