Bakının Sabunçu rayonunda silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbirləri keçirilib.

Unikal.org xəbər verir ki, 42-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan Rəsul Ələkbərovun evindən "Ortsan modelli lüləsi və qundağı kəsilmiş tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.