Biləsuvar rayonunda qəbiristanlıq ərazisində yanğın baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Əsgərabad kənd qəbiristanlığında qeydə alınıb. Yanğın bölmələri hadisə yerinə çatana qədər yerli əhali tərəfindən yanğın söndürülüb.

Hadisə nəticəsində 30 kvadratmetrə qədər ərazidə kol-kos yanıb.

Faktla bağlı araşdırma aparılır.