Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Helsinkidə keçirilən təkbətək görüş başa çatıb.

Unikal.org xəbər verir ki, görüş 2 saat 10 dəqiqə davam edib.

Bundan sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar davam etdirilib.

15:15

Finlandıyanın paytaxtı Helsinkidə ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, görüşün 3 saat sürəcəyi ehtimal edilir.

Yerli vaxtla səhər saatlarında Donlad Tramp Finlandıya prezidenti Sauli Niinistyo ilə görüşüb. Rusiya prezdenti isə Sauli Niinstyo ilə Trampla danışıqlardan sonra bir araya gələcək.

ABŞ və Rusiya liderləri görüşün yekununa dair birgə mətbuat konfransı keçirəcək. Prezidentilər ən çoxu 4 sualı cavablandıracaq.

Onların əsasən Suriya və Ukrayna ilə bağlı məsələləri müzakirə edəcəkləri nəzərdə tutulub.