SON XƏBƏRLƏR
16 Avqust 2018
15 Avqust 2018
Bu turniri 3 milyona yaxın azarkeş İZLƏDİ
İDMAN 18:11 / 16.07.2018

Rusiyada keçirilən futbol üzrə dünya çempionatını 3 milyona yaxın azarkeş stadiondan izləyib.

Unikal.org-un məlumatına görə, mundial üçün, ümumilikdə, 2 milyon 889 min 351 bilet satılıb. Əcnəbilərdən ən çox bileti ABŞ vətəndaşları alıb - 88 min 825. Braziliyalılar 72 min 512 biletlə ikinci, kolumbiyalılar isə 65 min 234 biletlə üçüncü yerdə qərarlaşıb.

Moskvada "Lujniki" stadionunda Fransa və Xorvatiya komandaları arasında baş tutmuşfinal oyununu 78 min 11 nəfər stadiondan izləyib. Qarşılaşmanın ümumi auditoriyası ilə, təxminən, 1 milyard nəfər təşkil edib.

Qeyd edək ki, finalda Fransa millisi Xorvatiyaya 4:2 hesabı ilə qalib gəlib.