Sumqayıt şəhərində yeniyetməyə kəsicə alətlə xəsarətlər yetirilib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsinin Xəzri yaşayış massivində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2004-cü il təvəllüdlü Nahid Anar oğlu Paşayev tanıdığı şəxsin hücumuna məruz qalıb. Kəsici alətlə müxtəlif dərəcəli xəsarətlər alan yeniyetmə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.