İmişlidə ağır yol qəzası baş verib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Hacıqabul-Bəhramtəpə-Horadiz yolunun 77-ci kilometrliyində "Lada Priora" markalı avtomobil qəfil yola çıxan camışa çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün bacısı, 1962-ci il təvəllüdlü Hacıyeva Sevil Barat qızı aldığı ağır xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.