Bakı Apellyasiya Məhkəməsinin binasının qarşısında asılan bayraq cırılıb.

Unikal.org xəbər verir ki, bu barədə fotonu Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat katibi Əli Orucov sosial şəbəkədə paylaşıb.

"Neçə gündür Qazaxdakı bayraq müzakirəsi davam edir. Bu hörmətsizliyə ölkənin hər yerində rast gəlmək olar. Eləcə də Bakı Apellyasiya Məhkəməsinin binasının önündə. Dedim bu şəkilləri də mən paylaşım ki, bayraq müzakirəsi təkcə Qazaxla bitməsin".

***

Bakı Apellyasiya Məhkəməsindən unikal.org-a bildirilib ki, təqdim olunan foto iki il əvvələ aiddir. Bu haqda qurumdan yeni foto təqdim olunub və bildirilib ki, hazırda Məhkəmənin qarşısında dalğalanan bayraqda heç bir problem yoxdur.