Bu gün Bakı şəhəri Səbail rayonu ərazisində, Nizami küçəsində "Landmark" Biznes Mərkəzinin yaxınlığında sağ qolu gipsdə olan süpürgəçi qadının fotosu yayılıb. 

Unikal.org xəbər verir ki, bu barədə "Facebook"da Pərviz Bağırov adlı istifadəçi yazıb. O, qadının başını aşağı əyib çətinliklə küçəni süpürdüyünü qeyd edib:

"Bu gün səhər 08:30 radələrində "Landmark" Biznes Mərkəzinin yaxınlığında bir süpürgəçi qadın gördüm. Bir əli qırılmışdı və başını aşağı əyərək çətinliklə küçəni təmizləyirdi. Belə anladım ki, həm də Parkinson xəstəliyindən əziyyət çəkirdi. Ürəyim ağrıdı. Ona pul təklif etdim, lakin qəbul etmədi. Nə edə bilərik? Onu bu vəziyyətdə kimlər işə çıxarır", - deyə yazıb.