SON XƏBƏRLƏR
17 Avqust 2018
16 Avqust 2018
Bakıda 18 yaşlı qız özünü binadan atdı - "Qızımın burada nə işi var?" (VİDEO-YENİLƏNİB)
HADİSƏ 16:20 / 17.07.2018
Bu gün Bakı şəhərinin Yasamal rayonunda özünü 17-ci mərtəbədən ataraq intihar edən qızın şəxsiyyəti müəyyənləşib.

Unikal.org "lent.az”a istinadən xəbər verir ki, Yeni Yasamal 2 yaşayış massivində, "Şərur MTK”ya məxsus kompleksin 17-ci mərtəbəsindən özünü ataraq intihar edən şəxsin paytaxt sakini, 2000-ci il təvəllüdlü Vəliyeva Nərgiz Rövşən qızı olduğu müəyyən edilib.

Hazırda onun hansı səbəbdən həyatına qəsd etməsi araşdırılır.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

13:43

Bakı şəhəri, Yasamal rayonunda dəhşətli intihar hadisəsi baş verib.

Unikal.org Open.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yeni Yasamal ərazisində, "Şərur" MTK-ya məxsus binada baş verib. Qadın özünü binanın 17-ci mərtəbəsindən atıb.

Bina sakinlərinin sözlərinə görə, dünən gecədən mənzillərdən birində qadın ağlaması eşidilib: "Həyətə çıxdıq. Özünü atan qadın alt geyimində idi. Qonşular üstünə ədyal atdılar".

"Bir azdan qızın anası gəldi. Təəccüblə "bura haradır, mənim qızımın burada nə işi var?" dedi. Mənzərə çox vahiməli idi" - deyə hadisəni çəkən qonşular bildiriblər.