Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, kənddə artezian quyusunda təmir işləri aparan rayon Mexaniki Suvarma İdarəsinin işçiləri atəşə məruz qalıblar.

Onlar dərhal əraizdən uzaqlaşa biliblər.

Ermənilərin açdığı atəş nəticəsində artezian quyusunun boruları dağılıb.