Kürdəmir rayonunda yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Daewoo" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Nəticədə sürücü və sərnişinləri (azı üç nəfər) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.