"Qarabağdan ayrılan Anton Kanibolotskinin yeni klubu məlum olub.

Unikal.org xəbər verir ki, ukraynalı qolkiper karyerasını Polşada davam etdirəcək.

O, bu ölkənin yüksək liqasında çıxış edən "Medz klubuna transfer olunub. Tərəflər arasında 2 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Qeyd edək ki, Kanibolotski 2017-ci ilin yayında Donetsk "Şaxtyorundan "Qarabağa keçmişdi.