Kürdəmirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 14:30 radələrində Bakı-Qazax yolunun 180 km-də, Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Suraxanı rayon sakini, 1991-ci il təvəllüdlü Səxavət Sakit oğlu Əliyevin idarə etdiyi "Daewoo" markalı avtomaşın Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb.

Nəticədə avtomobildə olan sərnişinlər 30 yaşlı Əliyev Pərviz Sakit oğlu, 54 yaşlı Əliyeva Nazilə Qəni qızı və 29 yaşlı Əliyeva Nurlana Arzu qızı müxtəlif növ ağır bədən xəsarətləri alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.