"Skypevideomessencerinin növbəti yeniləməsində səsli və videozənglərin yazılması funksiyası əlçatan olacaq.

Unikal.org ICTnews-a istinadən xəbər verir ki, bundan əvvəl danışığın səs yazısını əldə etmək istəyən istifadəçilər kənar, əsasən pullu xidmətlərdən (məsələn, "Avaer) istifadə etmək məcburiyyətində idilər.

Həmsöhbətlərdən biri danışığı yadda saxlamaq istədikdə digər həmsöhbətə bu haqda bildiriş göndəriləcək. Səs yazıları "bulud saxlama sistemində saxlanıldığına görə onları istənilən qurğudan ("Windows, "Mac, "iOS, "Android və hətta "Linux) dinləmək mümkün olacaq.

"Skype proqramının yeni versiyası cari ayın sonuna kimi təqdim olunacaq.

Cari ilin yazında "Microsoft korporasiyası "Android mobil sistemi üçün "Skype proqramının yüngül versiyasını təqdim edib. Proqram zəif qurğularda daha yaxşı işləyir, görüntü və səs daha yüksək keyfiyyətdə ötürülür.