1944-cü ildə SSRİ-dəki Stalin rejimi bütün ölkə boyunca, eləcə də Azərbaycanda kommunist rejimi əleyhinə kiçik bir addıma da göz yumur və bunun qarşısını alırdı. Bu təzyiqlərdən qaçan 146 azərbaycanlıT ürkiyəyə sığınmaq qərarı verir. Onlar bunun üçün Türkiyənin İğdır vilayətinin sərhəd qapısına yaxın olan Araz çayının üzərindəki Boraltan körpüsünü keçib və azadlığa qovuşmaq sevinci ilə oradakı hərbi hissəyə sığınırlar.

Unikal.org xəbər verir ki, bu illərdə isə Türkiyəyə "Milli Şef ləqəbli Prezident İsmət İnönü rəhbərlik edirdi. 146 nəfər azərbaycanlının Türkiyəyə sığındığını eşidən Sovet hökuməti onların dərhal SSRİ-yə təhvil verilməsini tələb edir. Türkiyəyə sığınan azərbaycanlılar isə onların yenidən ruslara qaytarılma ehtimalını belə, ağıllarına gətirmirdilər.

Sovet hökumətindən gələn tələb qarşısındaAnkaradanverilən cavab hər kəsi şoka salır. Çünki azərbaycanlılar öz qardaşlarından belə bir cavab gələcəyini heç ehtimal belə etmirdilər.

"Əsirləri dərhal geri qaytarın!. Bu cavab hər kəsi qorxuya salır. Və yenidən paytaxt Ankaradan cavab istəyirlər. Cavab yenə də eyni olar: "Ölkələrinə geri verin.

Azərbaycanlılar isə bu cavabın qarşılığında belə deyirlər: "Xahiş edirik, bizi o qəddar düşmənlərə təslim etməyin, bizi siz öldürün. Öz vətənimizdə, öz bayrağımızın altında öldürün.

Ankaradan verilən göstərişdən sonra hərbi hissənin komandiri 146 azərbaycanlını SSRİ-yə təslim etmək məcburiyyətində qalır. Ruslara təslim olmaq məcburiyyətində qalan azərbaycanlılar elə türk əsgərlərinin gözləri qarşısında sərhəddi keçən kimi güllələnirlər. Deyilənə görə, hərbi hissənin komandiri sərhədin o tayından bu tayında gördüklərinə dözə bilmir və intihar edir.

Qars şəhərinin mədəniyyət evi və kitabxanasının ilk müdirlərindən olan Təmraz Kəsəmənli Boraltan körpüsündə törədilmiş qətliamın uzun illər boyu xalqdan gizlədildiyini deyir. Bir çox Qars sakininin sovet əsgərlərinə təhvil verilən 146 Azərbaycan ziyalısının Boraltan körpüsündən keçərkən fəryadına şahid olduğunu ifadə edən Kəsəmənli 1944-cü ildə İsmət İnönünün əmri ilə Azər türklərini rus əsgərlərinə təslim edən türkiyəli zabitin psixoloji vəziyyətinin sonradan pozulduğunu və onun dəlixanada vəfat etdiyinin məlum olduğunu qeyd edib.

Kəsəmənli qeyd edir: "O vaxtkı Stalin rəhbərliyi altında olan SSRİ kommunist rejimi Türkiyəyə sığınan azərbaycanlıları təqib edərək yerlərini müəyyən etmiş və onların geri qaytarılmasını qardaş Türkiyədən tələb etmişdi. İ.İnönü iqtidarındakı Türkiyə rəhbərliyi isə 146 Azər türkünü heç bir tərəddüd etmədə qatara dolduraraq, Qars sərhədindən Boraltan körpüsünü keçməklə ruslara təslim etmişdi. Azərbaycandan olan qardaşlarımız Qarsdan keçərkən stansiyanın kənarında evləri ola bir çox qarslı bu faciənin şahidi olmuşlar. 146 Azərbaycan türkü Türkiyə sərhədini tərk etdikləri əsnada yanlarındakı bütün qiymətli əşyalarını qatarın pəncərələrindən qarslı qardaşlarına atmış, üzərilərində yalnız bir köynək və bir şalvar saxlamışdılar. Onlar onsuz da sərhədi keçən kimi sovet əsgərləri tərəfindən öldürüləcəklərini deyirdilər. Hətta bu hadisəylə bağlı bir ağı da dillərdə dolaşır:

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbəri olduğu partiyanın keçirdiyi topnatıların birindəki çıxışında İ. İnönünün təkpartiyalı hakimiyyət illərində 146 Azərbaycan türkünü SSRİ-yə təslim etməsini gündəmə gətirdikdən sonra mətbuata müsahibə verən Kəsəmənli bu tarixi hadisəni ilk dəfə Qarsdan seçilən millət vəkili Yunis Qılıça danışdığını deyib. Kəsəmənli Yunis Qılıçdan bu tarixi faktı Baş nazir Ərdoğana da çatdırmağı xahiş etdiyini və beləcə sözügedən məsələnin gündəmə gəldiyini ifadə edib. Tarixçi, Boraltan faciəsinin türk tarixində bir qara ləkə olduğunu xüsusi vurğulayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısındakı çıxışı zamanı SSRİ dövründə Türkiyəyə mühacirət etmiş azərbaycanlılarla bağlı bəzi gizli faktları açıqlayıb. O bildirib ki, on illər boyu CHP-nin (Cümhuriyyət Xalq Partiyası) üstünü örtməyə çalışdığı bu hadisə istər türk, istərsə də azərbaycanlıların tarixinə acı hadisə kimi yazılıb.