Qırğızıstanda 4,7 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Oş şəhərindən 54 km cənub-şərqdə, ocağı 35 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.