Əfqanıstanın Qəndahar əyalətində terrorçu "Taliban qruplaşmasının silahlıları ilə atışmada 15 polis əməkdaşı ölüb.

Unikal.org-un  "RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə əyalət başçısının mətbuat katibi Davud Əhmədi məlumat verib.

Onun sözlərinə görə, silahlıların Qəndaharın şimal-şərqində polisin Nəzarət-Buraxılış Məntəqəsinə hücumu nəticəsində 25 terrorçu məhv edilib: "Silahlı toqquşmada6 asayiş keşikçisi ölüb, 10-u yaralanıb. Əyalətin cənub-şərqində polis əməkdaşları ilə terrorçular arasında silahlı toqquşmada isə 9 polishəyatını itirib, 5-i yaralanıb".

Bildirilib ki, "Taliban 4 Nəzarət-Buraxılış Məntəqəsini ələ keçirdiyini açıqlayıb.