Bakının Xətai rayonu ərazisindəki Ukrayna dairəsində başlanan təmir işləri başa çatmaq üzrədir.

Unikal.org xəbər verir ki,  bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, artıq dairənin bir hissəsində təmir işləri tam başa çatıb: "Dairənin Məhəmməd Hadi küçəsi, Neapol dairəsi və Gəncə prospekti ilə kəsişmə hissəsində təmir işləri yekunlaşıb. Həmin hissə sürücülərin istifadəsinə verilib. Hazırda Fəhlə prospektinə çıxış hissədə asfaltlanma işləri gedir. İyulun 19-da təmir işləri tam başa çatacaq və dairə tam olaraq istifadəyə veriləcək".

Xatırladaq ki, Xətai rayonu ərazisindəki Ukrayna dairəsi iyulun 12-də təmirə bağlanıb. Dairənin asfalt beton döşəməsi yenilənir.