Rusiyanın Tula vilayətində ekstremist fəaliyyətdə şübhəli bilinən 200-dən çox adam tutulub.

Unikal.org Sputnik-ə istinadən bildirir ki, operativ axtarış tədbirləri Suvorov şəhərində bir neçə mənzildə aparılıb. Axtarışlar zamanı böyük həcmdə pullar, qadağan olunmuş ədəbiyyat müsadirə olunub. Əməliyyatlar zamanı 200-dən çox şəxs saxlanılıb, onların çoxu Rusiyanın digər regionlarının sakinləridir.

Hüquq-mühafizə orqanları ehtimal edir ki, saxlanılanların hamısı qanunsuz "Partizan həqiqəti" qruplaşmasının üzvləridir.