SON XƏBƏRLƏR
20 Avqust 2018
19 Avqust 2018
Sercio Mattarella Azərbaycana gəldi - FOTO
SİYASƏT 22:46 / 17.07.2018
İtaliya Respublikasının prezidenti Sercio Mattarella iyulun 17-də Azərbaycana rəsmi səfərə gəlib.

Unikal.org-un məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya prezidenti Sercio Mattarellanı və qızı Laura Mattarellanı hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.