SON XƏBƏRLƏR
15 Avqust 2018
16 Avqust 2018
Bakıda dəhşətli qəza – Qadının qucağında olan körpə… – VİDEO
HADİSƏ 23:11 / 17.07.2018

Bakıda zəncirvari avtomobil qəzası baş verib.

Unikal.org minval.info-ya istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov rayonu ərazisində yerləşən parkının yanında, Vergilər Nazirliyinin inzibati binasının qarşısında olub.

Belə ki, yüksək sürətlə hərəkət edən sürücü idarəetməni itirib və digər avtomobilə çırpılıb. Onun toqquşduğu avtomobil də səkidə dayanan yaşlı qadını vurub. Hadisə baş verən zaman qadının qucağında nəvəsi olub.

Qəza nəticəsində yaranan zərbədən uşaq qadının qucağından uçaraq yaxınlıqdakı otluğa düşüb. Hadisə şahidlərinin dediyinə görə, körpənin vəziyyəti yaxşı olsa da, qadın hərəkətsiz halda olub.