Yevlax şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə axşam saatlarında şəhərin "Üç yol" deyilən ərazisində qeydə alınıb.

Yevlax sakini, 1984-cü il təvəllüdlü Xaqani Tapdıq oğlu Məmmədov yolu keçmək istəyən zaman, şəhər sakini, 1958-ci il təvəllüdlü Telman Təyyar oğlu Allahverdiyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil onu vurub. Ağır xəsarət alan piyada sürücü tərəfindən xəstəxanaya çatdırılıb. O, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.