17 iyul 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə növbəti reyd keçirilib.

ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşı İsmayıl Yunusov unikal.org-a bildirib ki, Hövsan qəsəbəsi Qum adası ərazisində qanunsuz balıq ovu ilə məşğul olan Bakı şəhəri Əmircan qəsəbəsi, Bağırov küçəsində yaşayan 1958-ci il təvəllüdlü Sultanov Samir Xəlil oğlu saxlanılıb. 

Ondan qanunsuz ovladığı 21 ədəd kifal balığı, ov zamanı istifadə etdiyi istifadəsi qanunvericilikdə qadağan olunmuş bir ədəd sintetik saplı tor götürülüb.

Vətəndaş Sultanov barəsidə müvafiq protokol tərtib edilib və balıq ehtiyyatlarına vurduğu ziyan hesablanaraq 238 manat məbləğində iddia qaldırılıb".