Geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Unikal.org məlumatına görə, "Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Milan Politexnik Universitetinin dizayn üzrə departamentinin rəhbəri Silvia Piardi imzaladılar.

"Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə İtaliya Dövlət Dəmir Yolları arasında Anlaşma Memorandumunu "Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov, İtaliya Dəmir Yolları Şirkətinin beynəlxalq inkişaf üzrə vitse-prezidenti Covanni Rokka imzaladılar.

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə İtaliya Respublikasının Səhiyyə Nazirliyi arasında baytarlıq təbabəti üzrə Texniki Anlaşmanı Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari imzaladılar.


"Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İtaliya Respublikasının Təhsil, Universitetlər və Tədqiqat Nazirliyi arasında ali təhsil üzrə əməkdaşlıq barədə Birgə Bəyannaməni Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari imzaladılar.


Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.