Xəbər verdiyimiz kimi, iyulun 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib.

Unikal.org xəbər verir ki, sonra Türkiyə Prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Burada kikboks üzrə 9 dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu olaraq bayrağımızı qaldıran FHN-nin mayoru Araz Musayev Rəcəb Tayyib Erdoğanla görüşüb.

Görüş zamanı A.Musayev Ərdoğana Türkiyə dövlətinə sevgisini ifadə edib. O, bildirib ki, Azərbaycan və Türkiyə uğrunda şəhid olmağa hazırdır.