Bakıda toy karvanında iştirak edən sürücülər yolu kəsən sürücülər saxlanılıb.


Unikal.org xəbər verir ki, REAL-ın məlumatına görə, görüntülər əsasında araşdırmalara başlayan hüquq-mühafizə orqanları avtomobillərin sürücülərini müəyyənləşdirib.

Qeyd edək ki, görüntülər sosial şəbəkələrdə yayılıb və bu hərəkət izləyicilər tərəfindən yaxşı qarşılanmayıb. Bakıdakı tunellərin birində hərəkət edən həmin toy karvanındakı sürücülər yolu kəsərək avtomobildən düşüblər və zər yağışı yağdırmağa başlayıblar.