Türkiyənin tanınmış kikboksçusu Satılmış Kibaroğlu Azərbaycan Uşu və Muaytay-Tayboks Federasiyalarının Prezidenti Azər Həsənsoy haqqında danışıb. 

Unikal.org-a açıqlama verən türkiyəli idmançı A.Həsənsoyun idmandakı önəmini vurğulayıb: "Azər Həsənsoyla 1990-cu ildən tanışıq. O, çox gözəl insandır. Azər müəllim Türkiyə Uşu Federasiyasının qurulmasında çox böyük payı olan və kömək göstərmiş biridir. Bizim müəllimimiz, bənzərsiz və mükəmməl insandır. Çox yaxşı xarakterə malikdir". 

S.Kibaroğlu A.Həsənsoyu əfsanə adlandırıb: "Azər müəllim yaşayan əfsanədir. Onun gördüyü işlər müzakirə olunmazdır. Azər Həsənsoy bizim müəllimimizdir. Qısa şəkildə onun haqqında bunları deyə bilərəm. Bizim ürəyimizdə ona dərin sayğı, sevgi və hörmət var. Bu hər zaman belə olacaq". 

Qeyd edək ki, Satılmış Kibaroğlu A.Həsənsoyun tələbəsidir. Hazırda o Türkiyənin Savate və CANNE Federasiyasının baş koordinatoru, Asiya üzrə WFMC Kikboks Federasiyasının rəhbəridir.

Aygün İlqarqızı