Rusiyada bankların birində müdir olan gənc sevgilisini vəhşicəsinə qətlə yetirib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı rusiyalı bank müdiri Sergey Kovalçul sevgilisi Vera Nurbaevanı boğaraq öldürdükdən sonra çörək bıçağı ilə daxili orqanlarınıçıxarıb unitaza atıb.

Sergey 23 yaşlısevgilisinin kəsilmiş başını, əl və ayaqlarını dörd dənə zibil paketinin içinə qoyaraq paytaxt Moskvadan kənardakı zibil qutusuna atıb.

Gənc qadının parçalanan bədəni və iç orqanlarının tapılmayıb. Buna baxmayaraq Sergey polisəözü təslim olub və peşiman olduğunu dilə gətirib.

Bildirilir ki, bundan əvvəl beynəlxalq fahişəlik şəbəkəsi tərəfindən qaçırılan qadın sosial şəbəkə vasitəsi ilə Sergey ilə tanış olub. Cütlük arasında mübahisə yaranıb və Sergey gənc qadını mobil telefonunu oğurlamaqda ittiham edib.

Bundan sonra isə 28 yaşlı gənc vəhşilik törədib. Belə ki, Sergey sevgilisini yerə yıxaraq boğmağa başlayıb. Daha sonra qadının cəsədini hamam otağına pararaq parçalara ayırıb.

"The Bank of Moscow"da (Moskva Bankı) rəhbər şəxs olan Sergeyin polisəözünün təslim olması, çətinlik yaratmaması, məhkəmə müddətində yaxşı davranış sərgiləməsi onun cəzasının yüngülləşdirilməsinə səbəb olub. Məhkəmənin qərarı ilə cinəyatkara 9 il yarım həbs czası verilib.

İctimaiyyət verilən cəzanı qeyri-kafi hesab edib və sərt reaksiya verib.