Sumqayıtda bir nəfər dənizdə batıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərinin Corat qəsəbəsində dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.-‹