Türkiyədə müddəti 7 dəfə uzadılan fövqəladə vəziyyət rejimi iyulun 19-u saat 01:00-da ləğv olunub.

Unikal.org xəbər verir ki, rejim ləğv olunduqdan sonra terrorçuluqla mübarizə barədə yeni qanunun qəbul olunacağı gözlənilir.

Ölkə parlamentinin yeni qanun layihəsini yaxın günlərdə müzakirə edəcəyi bildirilir.

Xatırladaq ki, ölkədə fövqəladə vəziyyət rejimi 2016-cı ilin iyulunda dövlət çevrilişi cəhdindən sonra elan olunmuşdu.