Azərbaycanda daha bir FETÖ üzvü saxlanılıb və Türkiyəyə təhvil verilib.

Unikal.org xəbər verir ki, FETÖ ilə mübarizə çərçivəsində ölkə xaricindəki əməliyyatlarını davam etdirən Türkiyə Milli Kəşfiyyat Təşkilatı 2 nəfəri saxlayıb.

Belə ki, haqqında həbs qərarı olan təşkilat üzvlərindən İsa Özdəmir Azərbaycanda, Saleh Zeki Yiğit isə Ukraynada tutularaq Türkiyəyə gətirilib.

Ukraynada tutulan FETÖ üzvü Saleh Zeki Yiğitin Mərsində onlara bağlı iş adamları üçün imamlıq etdiyi üzə çıxıb.