Xəbər verdiyimiz kimi, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella rəhbərlik etdiyi nümayəndə heyəti ilə iyulun 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Səfər çərçivəsində, İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi, Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü, mətbuata bəyanatları olub. Bununla belə, prezidentlər Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışında, Azərbaycan-İtaliya biznes forumunda və digər yerlərdə də birgə iştirak ediblər.

Unikal.org xəbər verir ki, İtaliya mətbuatı Sercio Mattarellanın Azərbaycana səfərinə geniş yer verib. İtaliya mətbuatı xüsusən Sercio Mattarellanın Azərbaycanda keçirdiyi görüşlər, İlham Əliyevin ona və nümayəndə heyətinə göstərdiyi xüsusi diqqət və qayğı, ölkəmiz haqqında xoşəgələn məlumatlar dərc ediblər.

Həmin məlumatları foto faktlarla sizlərə təqdim edirik: