Meksikanın Puebla ştatında 5,8 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Puebla de Saraqosa şəhərindən 111 km cənub-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.