SON XƏBƏRLƏR
15 Avqust 2018
16 Avqust 2018
Bakıda parkdan 10 min manatlıq oğurluq edildi
HADİSƏ 10:45 / 20.07.2018
Bakının mərkəzində parkdan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. 

Daxili İşlər Nazirliyindən unikal.org-a verilən məlumata görə, iyulun 18-də Səbail RPİ-nin 9-cu Polis Bölməsinə rayon ərazisindəki parkların birindən 10000 manat dəyərində 72 ədəd fəvvarə stəkanının oğurlanması barədə müraciət daxil olub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların Sumqayıt şəhər sakini Qabil Kərimov və Bakı şəhər sakini Ümid Məmmədov olduqları müəyyən edilib.

Fəvvarə stəkanlarının bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.