"Azərişıq ASC bu ilin yanvar-iyun ayları ərzində qarşıya qoyulan bütün tapşırıqları artıqlaması ilə yerinə yetirib.

"Azərişıqdan unikal.org-a verilən məlumata görə, respublikanın bütün istehlakçılarını keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün ən vacib işlər həyata keçirilib.

Bakı şəhəri üzrə Sabunçu rayonunun elektrik təchizatının yaxşılaşdırılması üçün 110/35/10 kV-luq "Bakıxanov yarımstansiyasında yenidənqurma işləri aparılıb. Yarımstansiyada yeni 35 və 10 kV-luq paylayıcı qurğular inşa edilərək eleqaz və vakuum tipli elektrik avadanlıqlarla təchiz olunub. 110/35/10 kV-luq 2x25 MVA gücündə transformatorlar 2x40 MVA gücündə transformatorlarla əvəz edilib.

Xəzər rayonu Şağan qəsəbəsində inşa edilmiş 6/0,4 kV-luq 2x400 kVA gücündə 33 saylı transformator məntəqəsi, Yasamal rayonunda 10/0,4 kV-luq 1151 saylı transformator məntəqəsi müasir avadanlıqlarla təmin olunub.

Bundan başqa Abşeron rayonu Güzdək qəsəbəsində 10 kV-luq paylayıcı qurğu inşa edilib. "Ağ Şəhər layihəsi çərçivəsində 110/35/10 kV-luq 2x50 MVA gücündə "Ağ Şəhər-2 yarımstansiyasında elektrik quraşdırma işləri aparılır. "Ağ Şəhər-1 və "Ağ Şəhər-2 yarımstansiyaları arasında 13500 metr uzunluğunda 110 kV-luq iki dövrəli kabel xətləri çəkilib, 35/0,4 kV-luq transformator məntəqəsi inşa edilir. Regionlar üzrə də əhalinin elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi üçün Qəbələ rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə "Qəbələ, İsmayıllı rayonunda 110/35/10 kV-luq 2x16 MVA gücündə "İsmayıllı, 110/35/10 kV-luq 10 MVA gücündə "Topçu, Ağdaş rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə "Ağdaş, Ağcabədi rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə "Ağcabədi-2, Sabirabad rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə "Cavad, Cəlilabad rayonunda 110/35/10 kV-luq 2x31,5 MVA gücündə "Cəlilabad, Lənkəran şəhərində 110/35/10 kV-luq 2x25 MVA gücündə "Lənkəran-2, Tərtər rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə "Tərtər, Xızı rayonunda 35/10 kV-luq 1,8 MVA gücündə "Baxışlı, Sabirabad rayonunda 35/10 kV-luq 2x4 MVA gücündə "Azadakənd yarımstansiyaları inşa edilib.

Yeni istehsal sahələrinə həssaslıqla yanaşan "Azərişıq Xəzər rayonu Şüvəlan qəsəbəsində istilik kompleksinin, Salyan rayonunda Qızılağac aqroparkın elektrik təchizatı üçün 35/0,4 kV-luq yarımstansiyalar inşa edilərək istismara verib.

Hesabat dövründə Bakı şəhəri üzrə 110 kV-luq 1 ədəd yarımstansiyada, 35 kV-luq 4 ədəd yarımstansiyada yenidənqurma və əsaslı təmir işləri, 35 kV-luq 5 ədəd yarımstansiyada cari təmir işləri aparılmışdır. Regionlarda 110 kV-luq 1 ədəd yarımstansiyada, 35 kV-luq 9 ədəd yarımstansiyada yenidənqurma və əsaslı təmir işləri, 35 kV-luq 49 ədəd yarımstansiyada cari təmir işləri yerinə yetirilib.

Eletrik enrjisinin keyfiyyətli təminatı üçün 6 ay ərzində 192 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 14,4 km 110 kV-luq, 30,4 km 35 kV-luq, 242,9 km 6-10 kV-luq, 516,6 km 0,4 kV-luq kabel xətləri çəkilib. miş, 33 km 35 kV-luq, 604,8 km 6-10 kV-luq, 2417,1 km ÖİN 0,4 kV-luq hava xətləri, 12,1 km 0,4 kV-luq hava xətləri çəkilmiş və təmir olunub və 79 831 ədəd müxtəlif gərginlikli dayaqlar quraşdırılıb.

Bu ilin iyunun 28-dək 27 ədəd 110 kV-luq, 131 ədəd 35 kV-luq, 1360 ədəd 6 və 10 kV-luq yarımstansiyalarda elektrik avadanlıqlarının, 60 km 110 kV-luq, 395 km 35 kV-luq, 914 km 6 və 10 kV-luq 2500 km-dən artıq 0,4 kV-luq elektrik veriliş xətlərində texniki vəziyyətinin yoxlanılması təmin olunub. müəyyən edilmiş nasazlıqların aradan qaldırılmaqla təmir və sınaq işləri aparılıb və 236 ədəd 6-10 kV-luq, 19 ədəd 35 kV-luq transformator əsaslı təmir edilib.

Regionlarda elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi uçotunun dəqiq aparılması üçün istismar müddətini başa vurmuş 0,4 kV-luq köhnə elektrik şəbəkələrində yenidənqurma işləri aparılıb. Bu işlər 52 rayonunun 80 kəndində artıq yekunlaşıb. Bu məqsədlə 15661 abonentin elektrik sayğacları və yaşayış evlərinin elektrik xətləri həyətyanı sahələrdən çölə çıxarılıb. 27942 ədəd 0,4 kV-luq dayaq, 1029 km-dən çox ÖİN xətləri çəkilib.

Bu il fevralın 27-də Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin, 2018-ci il iyunun 5-də Goranboy rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə "Dəliməmmədli və 110/35/10 kV-luq 2x40 MVA gücündə "Kürəkçay yarımstansiyalarının açılışında iştirak edib. Mərkəzdə elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real vaxt rejimində təhlil edilməsi, sayğacların oxunması, yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsi, sərfiyyat göstəricilərinin monitorinqinin aparılması mümkün olacaq.