SON XƏBƏRLƏR
20 Avqust 2018
19 Avqust 2018
“Qarabağ” 500 minə görə bu futbolçudan imtina etdi - FOTO
İDMAN 12:51 / 20.07.2018
Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" transfer hədəfində olan Cənubi Afrika Respublikasının "Maritsburq Yunayted” klubunun hücumçusu Lebohanq Maboe ilə bağlı qərar verib.

Unikal.org xəbər verir ki, "köhlən atlar” 24 yaşlı futbolçunu transfer etməkdən imtina edib. Bu barədə Cənubi Afrika Respublikasının mətbuatı xəbər yayıb.

CAR təmsilçisi Maboeyə 500 min avro qiymət qoyub. "Qarabağ” isə bu məbləği ödəmək istəməyib. Xəbərdə "Qarabağ"ın braziliyalı hücumçu ilə güclənəcəyi qeyd edilib.

Maboe CAR millisinin üzvüdür.