09 Dekabr 2018
10 Dekabr 2018
Maşınlara qənim kəsilən şəxslər saxlanıldı
HADİSƏ 13:19 / 20.07.2018
Paytaxtın Nəsimi rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Daxili İşlər Nazirliyindən unikal.org-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini M.Səlimliyə məxsus "Mercedes” markalı avtomobilin yan güzgülərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xanlar Hüseynov saxlanılıb.

20-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə paytaxt sakini F.Qədimovun "VAZ-2106” markalı avtomobilindən maqnitofon oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Rəsul Rəhimov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.