SON XƏBƏRLƏR
16 Avqust 2018
15 Avqust 2018
"AzTV" sədrini öldürməyə cəhd edənlərə HÖKM OXUNDU
CƏMİYYƏT 15:30 / 20.07.2018
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Unikal.org-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə məhkəmə prosesi keçirilib. 

O bildirib ki, onun barəsində irəli sürülmüş ittihamlar əsassızıdır. S.Əkbərov məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyib.

Bir ildən artıqdır davam edən məhkəmə prosesində hakim ədalətli qərarını verdi. Sözügedən məsələlərdə həbs olunanlar Arif Alışanova qarşı qətl törətməkdə təqsirli bilindilər və məhkəmə də öz qərarını verdi. Belə ki, polis əməkdaşlarının ayıqlığı nəticəsində dövlət məmuruna qarşı cinayətin qarşısı alındı. Amma təəssüflər olsun ki, həbs olunan Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov bəzi müxalifyönlü saytlarda Arif Alışanova qarşı şər-böhtan xarakterli məlumatlar dərc etdirdilər. Lakin bütün bunlara baxmayaraq bugün həqiqət özünü göstərdi. Cinayəti törətmək istəyən şəxslər öz cəzalarını aldılar.

Prosesdə təqsirləndirilən S.Əkbərov son sözlə çıxış edib.

Daha sonra məhkəmə kollegiyası müşavirə otağına yollanıb. Müşavirədən qayıdan məhkəmə hökmünü elan edib.

Hökmə əsasən, Şücayət Əkbərov 18 il, Qoçəli Cəbiyev 17 il, Zöhrab Şirinov 16 və Aqşin Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. A.Hüseynov cəzasını başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, prokuror Ş.Əkbərovun 18 il, Q.Cəbiyevin 16 il, Z.Şirinovun 17 il və A.Hüseynovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Həmçinin dövlət ittihamçısı Ş.Əkbərovun özü, keçmiş həyat yoldaşı və qızının adına olan bir sıra əmlakların müsadirə olunmasını və A.Alışanova dəymiş ziyanın ödənməsinə yönəldilməsini tələb etmişdi.

Qeyd edək ki, ittiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.