21 Oktyabr 2018
20 Oktyabr 2018
Yanan otlaq sahəsinin kənarında meyit tapıldı - Saatlıda
HADİSƏ 16:25 / 20.07.2018
Saatlı rayonunda yanan otlaq sahəsinin kənarında 54 yaşlı kişinin meyiti aşkarlanıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Saatlı rayonunun Əhmədbəyli kəndi ərazisində otlaq sahədə yanğın baş verib. Yanğının baş verdiyi ərazinin yaxınlığında Əhmədbəyli kənd sakini, 1964-cü il təvəllüdlü Babaşov Əflatun Ərəstun oğlunun meyiti aşkarlanıb. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ehtimala görə, adı çəkilən şəxs tüstüdən boğulub.

Faktla bağlı araşdırma aparılır.