SON XƏBƏRLƏR
16 Oktyabr 2018
15 Oktyabr 2018
Qrant müsabiqəsinin qalibləri müəyyənləşdi
İQTİSADİYYAT 17:25 / 20.07.2018
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlikdən unikal.org-a verilən məlumata görə, iclasda 01 mart 2018-ci il tarixində elan edilən növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsində müsbət rəy almış layihələrlə bağlı yekun qərar verilib.

Adıçəkilən müsabiqə üzrə Fonda təqdim edilmiş 149 layihədən 138-i ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub.

Kompleks ekspertiza mərhələsini isə 39 layihə uğurla keçərək Müşahidə Şurasına təqdim olunub.

Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 39 layihədən 5 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.

Müsabiqənin qalibi olmuş layihələr aşağıdakılardır:

1. "Sletti”

2. "Ağıllı oyuncaqlar”

3. "www.joinb2b.com”

4. "Məktəbə hazıram”

5. "Virtual cərrahiyyə”.