Ötən gün İzmirdə yolu keçmək istəyən iki nəfəri avtomobil vurub. 16 yaşlı qız və 47 yaşlı kişi qəza nəticəsində dünyasını dəyişib. Onların ata və qızı olduğu deyilirdi. Sözügedən şəxslərlə bağlı yayılan xəbər hər kəsi təəccübləndirib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yolu qarşıdan-qarşıya keçən iki şəxsin ata-qız olmadığı məlum olub.

Qəzada ölən 16 yaşlı lisey şagirdi Dilara Önal ilə 47 yaşlı Üfüq Toğul əslində bir-birilərini tanıyırmışlar. Cütlük birlikdə yeməkdən sonra "ölüm yolu" adlanan yolun qurbanı olublar. Ana və atası ayrı yaşayan liseyin 2-ci sinif şagirdi Dilara Önal, anası Kezban Ç. ilə Ödəmiş mahalında yaşayırmış. O həmin gün də anası ilə birlikdə Ödemiş mahalından İzmirə gəlib.

Ana qızının Üfüq Toğulla tanış olub-olmadığı barədə məlumatı olmayıb. Polis qəzada həyatını itirən bu iki adamın bir-birini tanıyıb-tanımadığını araşdırıb.

Şahidlərin ifadələrinə görə Dilara Önal və Ufuk Toğul əvvəlcədən tanış olublar. Qəzanın baş verdiyi gün həmin ərazidə yerləşən restoranların birində yemək yeyiblər. Onlar yemək yedikdən sonra sahil tərəfə keçiblər və burada söhbətə ediblər. Adıçəkilən şəxslər yarımsaat söhbət etdikdən sonra yolun qarşıya keçmək istəyiblər. Bu zaman 19 yaşlı bir gənc onları avtomobillə vurub. Ağır yaralanan Önal və Toğul xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Onların nə vaxt tanış olduqları barədə dəqiq məlumat yoxdur.