Unikal.org "Esquire dərgisinə istinadən, əslən çinli olan amerikan aktyor Brüs Linin həyatdan öyrəndiklərini təqdim edir.

Brüs Li 1940-cı ildə San-Fransiskoda anadan olub. Onun atası və anası, Çin operasında aktyor olub. Onlarla döyüş filmində oynayan Brüs Li 1973-cü ildə Honk-Honqda film çəkilişləri zamanı vəfat edib.

MƏN BİR ŞEYƏ ƏMİNƏM Kİ,mahnı oxuya bilmirəm. Baxmayaraq ki, hamıya deyirəm ki, mənim güclü səsim var.

MƏN SİZƏ DESƏM:- mən əla oğlanam, siz düşünəcəksiniz ki, mən lovğalanıram. Bunun tərsini desəm, onda düşünəcəksiniz ki, yalan danışıram.

ŞƏRQLİLƏR DEYİR: "Çevik ol! İnsan sağlığında yumşaq və elastik olur, ölüm onu sərtləşdirir. Bu həm bədənə, həm ağıla, həm də ruha aiddir

DÖYÜŞÜ BİR ZƏRBƏ İLƏudmaq olmaz. Ya dözməyi öyrən, ya da cangüdən tut. Qələbələri və məğlubiyyətləri unut, qürur və qüssəni unut! Əgər düşmən sənin cırmaqlayırsa, vur onu. Əgər düşmən səni vuracaqsa, sən onun əlini sındır. Əgər düşmən sənin əlini sındıracaqsa, sən onun canını al. Döyüşdən toxunulmamış çıxmaq haqda fikirləşmə. Hər şeyini qurban verməyə hazır ol. Hətta həyatını da.

SU KİMİhərəkət et. Şüşə kimi donub durmağı öyrən. Əks-səda kimi cavab ver.

PULUN BİRBAŞAmənası yoxdur. Bu sadəcə müəyyən olunmuş hədəfə çatmaq üçün bir vasitədir. Bilmək lazımdır ki, pul nəyə qadirdir, nəyə yox. Atam mənə deyərdi: "Bu il sən 10 dollar qazanmısan. Gələn il isə 5 dollar qazana bilərsən. Hazır ol.

ƏGƏR SABAH ÇAŞ-BAŞqalmaq istəmirsənsə, elə bu gün həqiqəti söylə.

QƏRB TƏHSİLİbir şeyi öyrədir, şərq təhsili digərini. Belə demək olar: "Bu barmaqlarla bu işi görmək olar, bunlarla isə başqa. Amma bütövlükdə əl ilə daha yaxşı iş görmək olar.

AMERİKALIpalıd kimidir, o, yer üzündə möhkəm dayanır, küləkdə əyilmir, əgər ondan da güclü külək əsəcəksə, o zaman sınır. Şərqli isə bambuk kimidir, o, küləkdə əyilir, amma sonra düzəlir və daha güclü olur.

MÜDRİKinsan, axmaq bir sualdan çox şey öyrənir. Amma axmaq insan müdrik cavabdan heç nə öyrənmir.

BÜTÜN DAHİ MÜƏLLİMLƏRİbir otağa toplayın, onlar hər şey barəsində ümumi razılığa gələcəklər. Amma onların tələbələrini toplasanız bir otağa, onlar sadəcə mübahisə edəcəklər, razılığa gələ bilməyəcəklər.

HƏYATI SEVİRSƏNSƏ, vaxt itirmə. Çünki həyat vaxtdan düzəldilib.(kulis.az)