Goranboyda avtomobil piyadanı vuraraq öldürüb. 

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə Xan Qərvənd kəndində baş verib. Hələ ki markası məlum olmayan hərəkətdə olan avtomobil yolu keçmək istəyən kənd sakini, 1956-cı il təvəllüdlü Rüstəmov Ziyəddin Əli oğlunu vurub. Piyada xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.
Hadisəni törədən sürücü avtomobillə hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır