Bu gün səhər saatlarında Salyan şəhəri, A.Ağazadə küçəsində yolun kənarından kişi meyiti tapılıb.

Unikal.org-un Virtualaz.org-a istinadən məlumatına görə, cəsədin yaxınlıqdakı Q.Əsgərov küçəsindəki 61 saylı evdə yaşayan 1979-cu ildə anadan olmuş, iki azyaşlı uşaq atası Emin Vilayət oğlu Rzayevə məxsus olduğu məlum olub.

Meyitin ilkin müayinəsi zamanı üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı araşdırma aparılır.