SON XƏBƏRLƏR
16 Oktyabr 2018
15 Oktyabr 2018
Turisti əməliyyat etdi, həm də uşaqlarına baxdı - Azərbaycanlı həkim türkiyə MƏTBUATINDA
CƏMİYYƏT 14:18 / 21.07.2018
Türkiyədə məşhur xəstəxanaların birində çalışan Azərbaycanlı həkim Amerikalı 45 yaşlı kişiyə göstərdiyi dəstəyə görə, mətbuatın gündəmini zəbt edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Amerikanın Nyu-York şəhərinə yaşayan, 45 yaşındakı kiber təhlükəsizlik mütəxəssisi olan Shiman Wright iki həftə əvvəl Nyu-York şəhərindən üç oğlu - Dean, Bilal və Uweis ilə birlikdə Türkiyəyə turist kimi səfər edib.

O, türkiyəyə gələr-gəlməz şiddətli qarın ağrısı ilə İstanbulda xəstəxanaya yerləşdirilib. Shiman Wrightə apandisit diaqnozu ilə təcili əməliyyat olunması xəbərdarlığı edilib. Övladlarının tək qalmasından narahat olan ata bu əməliyyatdan əvvəlcə imtina edib. Daha sonra Azərbaycanlı həkim Ülvü Abdullayev onu əməliyyat edəcəyini və bununla belə övladlarına özü baxacağını dilə gətirib.

Övladlarını və özünü Azərbaycanlı həkimə etibar edən Shiman Wright əməliyyatdan sonra Ülvi Abdullayev haqqında ağız dolusu danışıb. 

Onun etdiyi yaxşılığı heç zaman unutmayacağını və bundan sonra özünün ən yaxın dostu olacağını deyib.