Tovuzda 60 yaşlı kişi intihara cəhd edib.

Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. 

Xəstəlikdən əziyyət çəkən kənd sakini, 1958-ci il təvəllüdlü Bayramov Məzahir Oruc oğlu yaşadığı evdə özünü asıb. Bundan xəbər tutan həyat yoldaşı dərhal onu xilas edərək xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma aparılır.